
"Mən açıq şəkildə bəyan etmişəm ki, Qarabağ Azərbaycan ərazisidir və Azərbaycanın ərazi bütövlüyü Almaniya tərəfindən hər zaman dəstəklənib. Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib".
Yeniavaz.com xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
“Avropa Cənubi Qafqazda sülhün bərqərar olmasında və region ölkələri arasında normal münasibətlərin tezliklə bərpasında maraqlıdır. Cənubi Qafqaz Avropa üçün maraqlı regiondur. Bunun iqtisadi səbəbləri və gələcək inkişaf perspektivləri var. Bu regionda sülh hələ bərpa olunmayıb, həll olunmamış problemlər var, lakin sülh zəruridir. Sülh prosesi həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına uyğundur. İki ölkəyə səfərlərim zamanı hər iki ölkənin bunda maraqlı olduğunu eşitmək məni çox sevindirdi”, - nazir bildirib.