
“Annalena Berbok tərəfindən Azərbaycanın ərazi bütövlüyünə dəstəklə bağlı mesajlarını yüksək dəyərləndirirəm. Ancaq xanım nazir çıxışında Şuşa və Xankəndi şəhərinin adlarını çəkərkən qondarma rejimin qoyduğu “adları” da çəkdi”.
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, hər suveren ölkə ərazisindəki adlar BMT-nin müvafiq komitəsinə təqdim olunan coğrafi adlara uyğun çəkilməlidir:
“Həmin reyestrdə xanım nazirin istifadə etdiyi ikinci adlar mövcud deyil. Ona görə də xahiş edərdim ki, Azərbaycan suverenliyinə və Beynəlxalq hüquqa hörmət göstərilsin”.
Tətbiqimizi yükləyə bilərsiniz