Qəzzada məktəbə hücum – 20-dən çox ölən var


İsrail qüvvələrinin Qəzza şəhərində evlərini tərk etmək məcburiyyətində qalan yüzlərlə fələstinlinin yaşadığı məktəb binasını bombalaması nəticəsində 20-dən çox adam həlak olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, məktəbə hücum zamanı ​onlarla insan yaralanıb. Qeyd olunub ki, hücum şəhərin şimal hissəsində Əl-Saftavi ərazisində yerləşən məktəbə olub. Fələstinlilərin İsrailin hava hücumlarından gizlənərək bomba sığınacağı kimi istifadə etdikləri bir neçə sinif otağı dağıdılıb.
Qeyd edək ki, “Əl-Qahirə Əl-İhbariyyə” telekanalı daha əvvəl ən azı 50 nəfərin yaralandığını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top