Millimiz DÇ-də üçüncü yer uğrunda mübarizə aparacaq


Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün sonuncu oyununa çıxacaq.
Yeniavaz.com Azərbaycan Minifutbol Federasiyasına (AMF) istinadla xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv üçüncü yer uğrunda görüşdə Macarıstanla üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan yığması yarımfinalda Qazaxıstana 2:3 hesabı ilə uduzub.

DİGƏR XƏBƏRLƏR

Top