
Noyabrın 4-ü saat 9:00-a olan məlumata əsasən gecə və səhər bəzi yerlərdə arabir yağış yağıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, Şahdağın 3000 metr yüksəkliklərinə qar yağıb.
Düşən yağıntının miqdarı Şəki, Zaqatala, Balakəndə 3 mm, Qax, Quba, Ordubad, Şahbuz, Sədərək, Şərurda, İmişli, Şabran, Sabirabad, Lənkəran, Naxçıvan, Qusar, Şahdağ, Mingəçevir, Kürdəmirdə 2 mm-dək olub.
Şərur, Biləsuvar, Cəfərxan, Lerik, Qobustan, Şamaxı, Qusar, Quba, Sumqayıtda duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Qərb küləyi arabir Naftalanda 18 m/s-dək güclənib.
Tətbiqimizi yükləyə bilərsiniz