“ABŞ İsrailin Qəzzada törətdiyi cinayətlərə görə bədəl ödəyəcək” – “Hizbullah”


Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah HƏMAS-ın İsrailə hücumundan sonra ilk dəfə açıqlama verib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, o, “HƏMAS-lı qardaşlarının” hərəkətlərini alqışlayaraq, qrupun İsrailə hücum etməzdən əvvəl “Hizbullah” ilə planlarını bölüşmədiyini və bunun “100% Fələstin əməliyyatı” olduğunu vurğulayıb.
O, “Hizbullah”ın HƏMAS-la İsrail arasında müharibəyə oktyabrın 8-də, onun başlamasının ertəsi günü daxil olduğunu bildirib:
““Hizbullah” HƏMAS və İsrail arasında müharibənin başlamasından sonra İsrail ərazisinə raket zərbələri endirməyə başlayıb. Hər gün İsrail əsgərlərinə, tanklarına, dronlarına hücum edirik. Biz əsl döyüşlərdə iştirak edirik. Şəhidlərimizin sayı 57 nəfərdir”.
Nəsrullah müharibənin başlanmasına görə məsuliyyəti ABŞ-ın üzərinə qoyub:
“ABŞ İsrailin Qəzzada törətdiyi cinayətlərə görə bədəl ödəyəcək”.

DİGƏR XƏBƏRLƏR

Top