
“19-20 sentyabr 2023-cü ildə aparılan lokal antiterror tədbirlərindən sonra Azərbaycan Respublikasının suverenleyini tam olaraq yenidən bərpa etməsini məmuniyyətlə qarşılayır və Azərbaycan Respublikası hökumətinin yenidən bütövləşmə uğrunda fəaliyyətini dəstəklədiyimizi təsdiq edirik”.
Yeniavaz.com xəbər verir ki, bu barədə noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə qəbul edilmiş Bəyannamədə bildirilib.
Bəyannamədə, həmçinin Azərbaycan hökumətinin reinteqrasiya səyləri, Azərbaycanda münaqişədən sonrakı bərpa və yenidənqurma işləri dəstəklənib.
Həmçinin türk dövlətləri bəyan edib ki, bu işdə onlar Azərbaycana öz töhfələrini davam etdirməyə hazırdırlar.