Ərdoğandan türk dövlətləri üçün vahid əlifba təklifi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün türk dövlətləri üçün vahid əlifbanın tətbiqini təklif edib.
Yeniavaz.com "Yeni Şafak"a istinadla xəbər verir ki, o, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Astanada keçirilən 10-cu zirvəsində deyib.
Mövzu ilə bağlı təklif qurumun katibliyinə təqdim edilib. Ərdoğan bunun təşkilat tərəfindən diqqətlə nəzərdən keçiriləcəyinə ümid etdiyini bildirib.
“Xüsusən də, birliyimiz və həmrəyliyimizin möhkəmlənməsi üçün dil birliyinin əhəmiyyəti göz qabağındadır. Bunun üçün ilk addım əlifba birliyinin təmin edilməsidir. Bu mövzuda prezidentlərin dəstəyi çox vacibdir. İnanıram ki, Ali Təhsil Şurasının katibliyimizə təqdim etdiyi təkliflər siz qiymətli qardaşlarım tərəfindən ən yüksək şəkildə qiymətləndiriləcək”, - deyə Ərdoğan bildirib.

DİGƏR XƏBƏRLƏR

Top