
Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak və çıxış edib.
Tədbirdə digər dövlət və hökumət başçıları da çıxış ediblər.
Sonra Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev görülən işlər haqqında ətraflı məlumat verərək qeyd etdi ki, ötən dövr ərzində müxtəlif sahələrdə bir sıra mühüm qərarlar qəbul olunub.
Daha sonra Astana aktı və Astana Zirvə görüşünün Bəyannaməsi imzalanıb.
***10:51
Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilir.
Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyev də tədbirdə iştirak edir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.
Sonra birgə foto çəkdirilib.
Tədbirin açılışında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bütün iştirakçıları salamlayıb.
Açılış nitqində Qazaxıstan Prezidenti Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi münasibəti ilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib. Onun sözlərinə görə, Azərbaycan suverenliyini bütün ərazisində təmin etməklə BMT-nin sənədlərini icra etdi.

