“Yaxın Şərqdə vəziyyət pisləşsə, neftin qiyməti 100 dolları keçə bilər” – BEA


“Yaxın Şərqdə vəziyyət daha da pisləşsə, neftin qiyməti üçrəqəmli səviyyəyə çata bilər”.
Yeniavaz.com xəbər verir ki, bu fikri Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol Yaponiyanın “Asahi” qəzetinə müsahibəsində bildirib.
“Yaxın Şərqin neft hasil edən ölkələri münaqişəyə bilavasitə cəlb olunsa, o zaman neftin qiyməti üçrəqəmli səviyyəyə çata bilər. Lakin biz bazardakı vəziyyəti izləyirik və lazım gəlsə, hərəkətə keçməyə hazırıq”, - o deyib.
BEA rəhbəri qeyd edib ki, əgər vəziyyət pisləşsə, onda agentliyin üzvləri qiymətləri aşağı salmaq üçün strateji ehtiyatlarındakı nefti bazara çıxaracaqlar.
“Beynəlxalq Enerji Agentliyi aparıcı neft istehlakçısı olan ölkələri birləşdirir. Buna görə də, BEA üzvlərindən 90 günlük tələbata bərabər olan ehtiyat tələb olunur”, - Birol deyib.
Birol, həmçinin, qeyd edib ki, bu struktura daxil olan ölkələr son onilliklərdə Yaxın Şərqdən asılılıqlarını azaldıblar.
“Atom elektrik stansiyalarının çoxalması və bərpa olunan enerji mənbələrindən istifadənin artması da müəyyən rol oynayır”, - deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top