
ABŞ Rusiya ilə bağlı sanksiyalar siyahısını genişləndirib.
Yeniavaz.com xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Rusiya Federasiyasının onlarla fiziki və hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edib.
Nazirlik dərc edilən sənəddə bildirib ki, ABŞ-ın yeni sanksiyaları Rusiya hərbi sənaye kompleksinə və onu dəstəkləyən strukturlara qarşı yönəlib.
Həmçinin, yeni sanksiyalar Rusiya Federasiyasının enerji sektorunda, mədənçıxarma sektorunda və hərbi-sənaye kompleksində perspektivli layihələrini əhatə edir. Rusiya üzrə 30-dan çox fiziki və 200-ə yaxın hüquqi şəxs qara siyahıya salınıb.