“Ərzaq qiymətlərinin düşməsini müşahidə edirik” – Mikayıl Cabbarov


“Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuzun sayəsində torpaqlarımız işğaldan tam azad olunub”.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, cari ildə neft qaz sektorunda gəlirlərin azalmasına baxmayaraq, qeyri-neft sektorunda artımlar qeydə alınıb: “Qeyri-neft qaz sahəsində sənaye zonalarında istehsalın artması müsbətdir:
“Xarici ticarət balansına toxunarkən qeyd etmək istəyirəm ki, bu il də biz yüksək həcmdə profisit əldə etdik. Xüsusilə qeyd etmək lazımdır ki, qeyri-neft sektoru məhsullarının ixracı ötən ilin bu dövrü ilə müqayisədə 15%-dək artıb”.
Mikayıl Cabbarov ərzaq məhsullarının qiymətlərinə də toxunub:
“Hökumətin gördüyü tədbirlər nəticəsində ərzaq qiymətlərinin aşağı düşməsini müşahidə edirik”.
Nazir nəzərə çatdırıb ki, qeyri-neft sektorunda vergi daxilolmalarının 76 %-i özəl sektorun payına düşür:
“Bu, çox vacib məqamdır. Bu nəticələr bizim bir sıra göstəricilərə əsas verir, valyuta ehtiyatlarımızın artımına da müsbət təsir göstərir, Dövlət Neft Fondundan transferə ehtiyac yaranmır”.

DİGƏR XƏBƏRLƏR

Top