Rəisi Türkiyəyə gedəcək


İran Prezidenti İbrahim Rəisi yaxın vaxtlarda Türkiyəyə səfər etməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi İran XİN rəhbəri Hüseyn Əmir Abdullahiana istinadən məlumat yayıb.
Türkiyəli həmkarı Hakan Fidanla danışıqların yekunu üzrə Ankarada keçirilən mətbuat konfransında Rəisinin Türkiyə səfərinə toxunan Abdullahian deyib:
“Biz tezliklə sərhəd təhlükəsizliyinə daha çox diqqət yetirmək üçün Yüksək Əməkdaşlıq Komissiyasının iclasını keçirəcəyik”.
Agentlik səfərin dəqiq nə vaxt baş tuta biləcəyini açıqlamayıb.
Qeyd edək ki, oktyabrın 16-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti İbrahim Rəisi ilə telefonda Fələstin-İsrail münaqişəsini, həmçinin münaqişənin gərginliyinin azaldılmasını müzakirə edib.

DİGƏR XƏBƏRLƏR

Top