7 yaşlı Ruqayyənin köməyə ehtiyacı var…


“Naxçıvan” əlahiddə sərhəd diviziyasının xüsusi təyinatlı giziri Quliyev Taleh Mətləb oğlu 7 yaşlı qızı üçün kömək istəyir.
Yeniavaz.com
-a müraciət edən hərbçi bildirir ki, övladı, 11 iyul 2016-cı il təvəllüdlü Ruqayyə Quliyeva anadangəlmə ürək qüsurundan – ağciyər və aorta damarlarının anomaliyası, qapaq çatışmazlığından əziyyət çəkir.
R. Quliyeva sonuncu dəfə Bakıda Mərkəzi Neftçilər Xəstəxanasında müayinə olunub və İtaliyadan gələn həkim tərəfindən əməliyyat üçün qeydiyyata götürülüb.
T. Quliyev deyir ki, bu əməliyyat üçün tələb olunan məbləğ 25 min manatdır və onun bu məbləği ödəmək üçün maddi imkanı yoxdur. Belə ki, bu günə kimi övladı dəfələrlə əməliyyatlar keçirməli olub və o, bu əməliyyatları qarşılamaq üçün evini, maşınını, həmçinin digər mülklərini satmalı olub.
O bildirir ki, övladının əməliyyat olunması, həyatda qalması və yaşıdları kimi məktəbə getməsi üçün maddi dəstəyə ehtiyacı var.

Kapital Bank: 5239 1517 8439 7781
Taleh Quliyev: +994 77 500 04 67

DİGƏR XƏBƏRLƏR

Top