Arif Hacılının oğlu həbs edildi – Video


Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı həbs edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Arif Hacılı sosial şəbəkə hesabında məlumat yayıb.
Hacılı həbsin əsassız olduğunu bildirir:
“Haqqında məlumat verilən qəza hadisəsində toqquşan avtomobildə olan sürüсünün xəsarət almasını sənədləşdirmək cəhdləri baş tutmadıqdan və hadisənin üzərindən 20 gün keçdikdən sonra yeni “zərərçəkən” tapıblar.
Guya kimsə yoldan keçərkən bu qəza nəticəsində xəsarət alıb.
Halbuki özlərinin yaydığı videogörüntüdə də orada başqa kimsənin olmadığı aydın görünür”.
Xatırladaq ki, oktyabrın 20-si Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top