“Yaxın günlərdə bir neçə əcnəbini azad edəcəyik”


“Yaxın günlərdə bir neçə əcnəbi girovu azad etmək niyyətindəyik”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə HƏMAS hərəkatının silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının rəsmi nümayəndəsi Əbu Ubeydə teleqram kanalında məlumat yayıb.
"Bir sıra vasitəçi ölkələr Qəzzada saxlanılan xarici ölkələrin vətəndaşları olan şəxslərin azad edilməsi üçün müdaxilə edirlər. Biz bu ölkələrdən müraciətlər almışıq. Vasitəçilərə bildirmişik ki, yaxın günlərdə bir neçə əcnəbini azad edəcəyik”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top