IDF İsrailin qaçqın düşərgəsinə zərbə endirdiyini təsdiqlədi – Yenilənib


İsrail Müdafiə Qüvvələrinin sözçüsü podpolkovnik Riçard Heht İsrail ordusunun Qəzza zolağının şimalında yerləşən Cebaliya qaçqın düşərgəsinə zərbə endirdiyini təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, Heht CNN-ə İsrailin HƏMAS hərəkatının komandirlərindən birini öldürmək üçün düşərgəni vurduğunu deyib.
“Bu, müharibənin faciəsidir... Bu ərazi çox mürəkkəb döyüş meydanıdır. İnfrastruktur, tunellər ola bilər”, - Heht müxbirinin düşərgədəki günahsız insanlarla bağlı fikirlərini şərh edərkən deyib.

***21:50
HƏMAS-ın nəzarətində olan Səhiyyə Nazirliyi Qəzza zolağının şimalında yerləşən Cəbəliyə qaçqın düşərgəsində partlayış baş verdiyini bildirib.
Yeniavaz.com
“BBC News”-a istinadən xəbər verir ki, ən azı 50 nəfərin öldüyü iddia edilir.
Nazirlik partlayışın İsrailin hava hücumu nəticəsində baş verdiyini bildirir. Onun sözlərinə görə, 150-yə yaxın insan xəsarət alıb, dağıntılar altında onlarla insan qalıb.
İsrail Müdafiə Qüvvələri hələlik insidentlə bağlı açıqlama verməyib.

DİGƏR XƏBƏRLƏR

Top