“Qərb Ukraynanı dəstəkləməklə nüvə dövlətləri arasında birbaşa hərbi toqquşmaya səbəb ola bilər”.
Yeniavaz.com Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Pekində keçirilən 10-cu Syanşan Təhlükəsizlik Forumunda deyib.
“Qərbin Rusiya ilə münaqişənin davamlı şəkildə eskalasiya xətti nüvə dövlətləri arasında birbaşa hərbi toqquşma təhlükəsini daşıyır və bu, fəlakətli nəticələrə gətirib çıxara bilər”, - nazir bildirib.
Şoyqu qeyd edib ki, Rusiya nüvə silahının yalnız iki halda istifadəsini nəzərdə tutur:
“Rusiyanın nüvə doktrinası dəyişməyib və hələ də nüvə silahının yalnız iki halda istifadəsini nəzərdə tutur: düşmənin nüvə zərbəsinə cavab olaraq və ya Rusiyanın mövcudluğuna təhlükə olduqda”.