Mahaçqala hava limanında iğtişaş törədən beş nəfər həbs edildi


Dağıstanda Mahaçqala hava limanında iğtişaşlarla bağlı 5 nəfər həbs edilib.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Ali Məhkəməsindən məlumat verilib.
“Məhkəmənin 31 oktyabr 2023-cü il tarixli qərarları ilə həmin şəxslər Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinib, onlardan biri 10 sutka müddətinə inzibati həbs cəzasına məhkum edilib, dörd nəfər altı gün müddətinə analoji cəza alıb”, - agentliyin həmsöhbəti bildirib.

DİGƏR XƏBƏRLƏR

Top