“Qəzzanın dərinliyində şiddətli döyüşlər aparırıq” – İsrail ordusu


İsrail ordusu Qəzza zolağının dərinliklərində Fələstinin HƏMAS təşkilatının radikalları ilə şiddətli döyüşlər aparır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Son saatlarda quru bölmələrinin rəhbərlik etdiyi İsrail Müdafiə Qüvvələrinin birgə qüvvələri Qəzza zolağının dərinliklərində şiddətli döyüşlər aparıb”, - məlumatda deyilir.
Həmçinin bildirib ki, İsrail hərbçiləri anklavın şimal hissəsində HƏMAS-ın forpostuna hücum edib:
“Bundan əlavə, İsrail qüvvələri onlarla terrorçunu öldürüb, tank əleyhinə raket buraxılış sistemlərini, müşahidə məntəqələrini vurub və çoxlu silah-sursat ələ keçirib”.

DİGƏR XƏBƏRLƏR

Top