
Dünən Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlıların toyu dayandırılıb və polis bütün qonaqların sənədlərini yoxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Caspian Live” teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, 5 nəfər saxlanılıb. Onları deportasiya gözləyir.
Qeyd olunub ki, diaspora nümayəndələri də həmin an orda olublar.