“Qəzza zolağı uşaqlar üçün qəbiristanlığa çevrilib” - UNICEF


“Qəzza zolağı uşaqlar üçün qəbiristanlığa çevrilib, bu günə qədər Fələstin anklavında ölən azyaşlıların sayı 3,4 mini keçib”.
Yeniavaz.com xəbər verir ki, bunu Cenevrədə keçirilən brifinqdə BMT-nin Uşaq Fondunun (UNICEF) rəsmi nümayəndəsi Ceyms Elder bildirib.
“Qəzza uşaqlar üçün qəbiristanlığa çevrilib”, - o bildirib.
Elderin sözlərinə görə, Fələstin Səhiyyə Nazirliyinin son məlumatlarına görə, anklavda 3450-dən çox uşaq ölüb. O, İsrail hakimiyyətini dərhal atəşkəs elan etməyə və humanitar yardımın fasiləsiz axını üçün bütün keçid məntəqələrinin açmağa çağırıb.
“Əgər 72 saat ərzində atəşi dayandırsaq, bu, 1000 uşağın yenidən təhlükəsiz olmasına imkan verəcək”, - deyə UNICEF nümayəndəsi bildirib.
Elder qeyd edib ki, uşaqların həyatı üçün təhlükə bombalar və ya minaatanlarla məhdudlaşmır. Su çatışmazlığından körpə ölümü də anklavda artan təhlükədir və Qəzzanın su istehsalı onun tələbatının 5%-ni təşkil edir. Buna səbəb sutəmizləmmə qurğularının əksəriyyətinin zədələnməsi və ya yanacaq çatışmazlığı səbəbindən işləməməsidir.
Qeyd edək ki, bundan əvvəl “Əl-Cəzirə” telekanalı anklavın Səhiyyə Nazirliyinə istinadən Qəzza zolağında Yaxın Şərq münaqişəsinin şiddətlənməsi nəticəsində ölənlərin sayının 8525-ə yüksəldiyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top