İsraildə terror aktı planlaşdıran üç israilli saxlanıldı


İsrailin Baş Təhlükəsizlik Xidməti (Şin Bet) polislə birlikdə İŞİD-lə əlaqədə şübhəli bilinən üç israillinin saxlanılması istiqamətində əməliyyat keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun “Qalei İDF” radiosu məlumat yayıb.
Bildirilib ki, saxlanılanlar İsraillə Fələstinin HƏMAS hərəkatı arasında silahlı toqquşma fonunda terror aktı təşkil etməyi planlaşdırıblar. Onlar İsrailin Saxnin və Ərraba əyalətlərinin yerliləri olub. Şübhəlilərin harada və nə vaxt terror aktları törətməyi planlaşdırdıqları barədə məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top