Ermənistan Daxili İşlər Nazirliyi Qarabağdan gələn ermənilərə müraciət edib.
Yeniavaz.com News.am-a istinadla xəbər verir ki, Nazirlik sözügedən şəxslərdən qanunsuz saxlanılan silah və sursatları polisə təhvil verməyə çağırıb.
Qeyd olunur ki, Ermənistan Respublikası Cinayət Məcəlləsinin 335-ci maddəsinə əsasən qanunsuz olaraq silah gəzdirən, habelə odlu silahın, onun əsas komponentlərinin, döyüş sursatının və digər materialların, cihazların, əşyaların dövriyyəsi qaydalarını pozan şəxslər, qeyd olunan obyektlər onların yerləşdiyi yer barədə səlahiyyətli orqanlar tərəfindən öyrənilənə qədər təhvil verildikdə cinayət məsuliyyətindən azad edilirlər.