Qəzzadakı türk xəstəxanasına hücüm – Türkiyə XİN pislədi


Qəzzanın cənubunda yerləşən Türk-Fələstin Dostluq Xəstəxanası hava hücumuna məruz qalıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində ölənlərin olduğu bildirilir.
Türkiyə XİN bu barədə bəyanat yayıb və hücumu qınadığını bildirib:
“Qəzzada sözügedən xəstəxana haqqında koordinatları da daxil olmaqla bütün lazımi məlumatlar əvvəlcədən İsrail səlahiyyətliləri ilə paylaşıldığı təqdirdə, belə bir hücumun həyata keçirilməsinin heç bir izahı yoxdur. Qəzzada Fələstin xalqını ən elementar hüquqlarından məhrum etmək məqsədi daşıyan mühasirə və qeyri-insani hücumlar beynəlxalq hüququ açıq şəkildə pozur. İsrail Qəzza sakinlərini heç bir fərq qoymadan hədəfə almağı dayandırmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top