Koronavirusla bağlı həftəlik statistika


Azərbaycanda son həftədə (23.10-29.10) koronavirus infeksiyasına 95 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər sağalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilir ki, son həftədə COVID-19-dan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 834 050 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 588 nəfər müalicə olunaraq sağalıb, hazırda 106 aktiv xəstə var. Bu günə qədər 10 356 nəfər vəfat edib.
Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 475, bu günə qədər isə ümumilikdə 7 703 250 test icra olunub.
Ölkədə son həftə ərzində vaksinasiya olunmayıb.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 969 897 olub.
 

DİGƏR XƏBƏRLƏR

Top