“Ukraynada “cəbhədə ləng irəliləyiş”ə görə məsuliyyət daşıyanlar işdən çıxarılacaq” – “Time”


Bu qış Ukrayna rəhbərliyində ciddi dəyişikliklər baş verə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Time" Ukrayna prezidentinə yaxın mənbələrə istinadən yazıb.
Nəşrin mənbələrinin məlumatına görə, hökumət naziri və yüksək rütbəli generallardan biri işdən çıxarılacaq. Onlar “cəbhədə yavaş irəliləyiş”, yəni kifayət qədər uğurlu olmayan əks-hücuma görə məsuliyyət daşıyacaqlar.
Nəşr həmçinin yazır ki, Zelenskinin ABŞ-a səfərindən sonra qəzəbli olmasının səbəbi Qərbin müharibədən yorulduğunu bilməsidir. Bildirilir ki, Ukrayna prezidenti müttəfiqləri tərəfindən xəyanətə uğradığını hiss edir.

DİGƏR XƏBƏRLƏR

Top