HƏMAS girovların İsrail rəhbərliyinə müraciətini yayıb


Fələstinin HƏMAS hərəkatı üç girov saxladığı şəxsin İsrail hakimiyyətinə müraciətini dərc edib.
Yeniavaz.com
xəbər verir ki, video hərəkatın Telegram kanalında paylaşılıb.
“İzzəddin əl-Qəssam Briqadaları tərəfindən saxlanılan bir sıra sionist məhbuslar Netanyahuya və sionist hökumətə müraciət ünvanlayırlar”, - məlumatda deyilir.
İsrailin “Yedioth Ahronoth” qəzeti videomüraciəti şərh edərək, bunun psixoloji müharibənin bir hissəsi olduğunu vurğulayaraq, bu videonun harada, nə vaxt və hansı şəraitdə çəkildiyi barədə məlumatın olmadığını vurğulayır.
“23 gündür HƏMAS əsirliyindəyik. Dünən girovların ailələri ilə mətbuat konfransı keçirildi. Biz bilirik ki, atəşkəs olmalı idi. Siz hamımızı azad etməli idiniz. Bunun əvəzinə, sizin siyasi, milli etinasızlığınıza görə cəzalandırılırıq - oktyabrın 7-də baş verən uğursuzluğa görə cəzalandırılırıq. Çünki orada hərbçi yox idi. Heç kim köməyimizə gəlmədi. Bizdən xəbər tutan yox idi. Biz günahsız vətəndaşlarıq. İsrail dövlətinə vergi ödəyən vətəndaşlarıq. Biz girovluqdayıq... Bu qədər İsrail vətəndaşlarının öldürülməsi kifayət deyilmi? İcazə verin onların vətəndaşları, məhbusları getsin. Bizi, hamımızı azad edin”, - müraciətdə deyilir.

DİGƏR XƏBƏRLƏR

Top