İsrail qaz yataqlarının kəşfiyyatı üçün SOCAR-a lisenziya verib


İsrailin Energetika Nazirliyi bildirib ki, daha çox rəqabət yaratmaq və təchizatçıları şaxələndirmək məqsədi ilə ölkənin Aralıq dənizi sahillərində təbii qazın kəşfiyyatı üçün altı şirkətə 12 lisenziya verib.
Yeniavaz.com
“Reuters”ə istinadla xəbər verir ki, tenderin nəticəsi olaraq lisenziyalardan biri İtaliyanın “Eni”, “Dana Petroleum” və İsrailin “Ratio Energies” şirkətlərindən ibarət qrupa təqdim olunub.
Bu qrup böyük Leviatan yatağının qərb hissəsində işləyəcək.
Nazirlikdən bildirilib ki, ikinci qrupa isə Azərbaycanın SOCAR, Britaniyanın BP və İsrailin “NewMed” şirkətləri daxildir.
İkinci qrup Leviatan yatağının şimalında kəşfiyyat aparacaq.
“Qalib şirkətlər növbəti üç il ərzində təbii qaz kəşfiyyatına görünməmiş sərmayə qoymağı öhdələrinə götürüblər ki, bu da yeni təbii qaz anbarlarının kəşfi ilə nəticələnəcək”, - energetika naziri İsrael Katz bildirib.
Qeyd olunur ki, lisenziyalar irəliləyişdən asılı olaraq yeddi ilə qədər uzadılma imkanı ilə ilk üç il müddətində davam edəcək.
Nazirlik bildirir ki, bu, lisenziya sahibinə əvvəlcə ərazini öyrənməyə və yalnız bundan sonra inkişafı davam etdirib-etdirməmək barədə qərar verməyə imkan verəcək.

DİGƏR XƏBƏRLƏR

Top