“Qəzzada ən azı 239 girov saxlanılır” – Haqari


“Qəzza zolağında saxlanılan girovların sayı, son yenilənmiş məlumatlara görə, ən azı 239 nəfərdir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) sözçüsü Daniel Haqari brifinqdə məlumat verib.
“Qəzza zolağında saxlanılan girovların sayı ən azı 239 nəfərdir. Biz bütün girovların ailələrinə məlumat çatdırmışıq”, - Haqari deyib.
Qeyd edək ki, bundan əvvəl Qəzzada 229 girov olduğu bildirilirdi.
Haqari, həmçinin, bununla bağlı qeyd edib ki, təsdiqlənmiş rəqəmlər dəyişməkdə davam edir.
“Qaçırılanlar arasında xarici vətəndaşlar da var. Onların şəxsiyyətini müəyyənləşdirmək çətindir və vaxta ehtiyac var”, - o qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top