“ABŞ Fələstin-İsrail münaqişəsi zonasına qoşun göndərməyi planlaşdırmır”.
Yeniavaz.com xəbər verir ki, bunu CBS telekanalına müsahibəsində ABŞ-ın vitse-prezidenti Kamala Harris Amerika qoşunlarının Yaxın Şərqdə münaqişəyə cəlb oluna biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
“Bizim İsrailə və ya Qəzzaya qoşun göndərmək planımız yoxdur”, - o, bildirib.
Vitse-prezident deyib ki, Vaşinqton İsrailə nə etməli olduğunu diktə etmir, lakin o, məsləhət, avadanlıq və diplomatik dəstək verir.
“İsrailin, şübhəsiz ki, özünü müdafiə etmək hüququ var. Ancaq HƏMAS və Fələstin əhalisi arasında fərq qoyulmalıdır”, - o qeyd edib.
ABŞ rəsmisinin sözlərinə görə, ABŞ müharibə qanunlarına hörmət etməyin və humanitar yardımın qarşısını almamağın vacib olduğunu həmişə açıq şəkildə ifadə edib.