Sumqayıtda dəhşətli cinayəti törətdiyi deyilən şəxs saxlanılıb – KİV


Okytabrın 28-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölümü və 4 nəfərin xəsarət alması ilə nəticələnən cinayət hadisəsini törətməkdə ittiham olunan şəxsin polis əməkdaşları tərəfindən müəyyən olunduğu bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb.
Qeyd olunur ki, onlar qonşu olublar.

DİGƏR XƏBƏRLƏR

Top