İsrail Qəzzaya ikinci boru kəməri ilə su nəqlini bərpa edir – KİV


“İsrail Qəzza zolağına hər gün təxminən 28,5 milyon litr su gətirən üç boru kəmərindən ikincisini yenidən açıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti Fələstin ərazilərində hökumətin fəaliyyətinin koordinatoruna istinadən məlumat yayıb.
Məlumata görə, bu rəqəm İsrailin münaqişədən əvvəl sektora verdiyi təqribən 49 milyon litrin yarısından bir qədər çox olub. Koordinatorun sözlərinə görə, hazırda Qəzza əhalisinin humanitar ehtiyaclarını ödəmək üçün kifayət qədər su və qida mövcuddur.
Qeyd edək ki, HƏMAS hərəkatının yaraqlılarının oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. HƏMAS bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam blokadaya aldığını elan edərək Livan və Suriyanın zolağına və müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.

DİGƏR XƏBƏRLƏR

Top