
HƏMAS-ın lideri Yəhya Sinvar qruplaşma tərəfindən saxlanılan girovların İsrail həbsxanalarında olan döyüşçülərlə dəyişdirilməsini təklif edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
“Biz Fələstin müqaviməti tərəfindən saxlanılan bütün məhbusların müqabilində İsrail həbsxanalarında olan bütün fələstinli məhbusların azad edilməsini ehtiva edən sazişi dərhal bağlamağa hazırıq”, - Sinvar bildirib.