
Oktyabrın 29-da səhər Rusiyanın Rostov-na-Donu şəhərində hava hücumundan müdafiə sistemi işə düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubev teleqram kanalında məlumat verib.
Qolubev dəqiq nəyin - pilotsuz uçan aparatın və ya başqa bir obyektin - hava hücumundan müdafiə sisteminin işləməsinə səbəb olduğunu açıqlamayıb, yalnız hava hədəfinin vurulduğunu qeyd edib.
Bildirilib ki, dağıntılar mülkə ziyan vurub.
Qolubevin sözlərinə görə, insident nəticəsində xəsarət alan olmayıb.