“İsrail “qırmızı xətləri” keçib” – İran prezidenti


“İsrail hər kəsi hərəkətə keçməyə məcbur edə biləcək “qırmızı xətləri” keçib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran Prezidenti İbrahim Rəisi sosial şəbəkədəki səhifəsində yazıb.
"Sionist rejimin cinayətləri (İsrail – red.) “qırmızı xətləri” keçdi və bu, hamını hərəkətə keçməyə məcbur edə bilər. Vaşinqton bizdən heç nə etməməyi tələb edir, lakin onlar İsrailə geniş dəstək verməyə davam edirlər", - paylaşımda deyilir.
İslam Respublikasının prezidenti bir müddət əvvəl “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirmişdi ki, İran Fələstin-İsrail münaqişəsinə müdaxilə ilə bağlı ABŞ-ın xəbərdarlığına əməl etməyəcək.

DİGƏR XƏBƏRLƏR

Top