
“HƏMAS hərəkatının hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadaları Təl-Əvivə növbəti raket hücumunu elan edib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə HƏMAS teleqramda məlumat yayıb.
Bildirilib ki, mülki əhalinin qətliamına cavab olaraq Təl-Əvivə raket zərbələri endirib.
Qeyd edək ki, bu gün səhər saatlarında HƏMAS-ın silahlı qanadı oxşar bəyanatla çıxış edib. Öz növbəsində, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti iki dəfə məlumat verib ki, Təl-Əvivdə və ölkənin mərkəzi rayonlarında əhaliyə raket zərbəsi təhlükəsi barədə xəbərdarlıq edən hava hücumu sirenləri işə düşüb.