Sumqayıtda zavodda baş verən yanğın söndürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA məlumat yayıb.
***20:35
Sumqayıtda köhnə düymə zavodunda yanğın baş verib. Yanğın “Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi”nin inzibati binasının ikinci mərtəbəsindəki paltardəyişmə otağında başlayıb.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, yanğın zamanı mühafizəçi Xəqani Məmmədov tüstüdən zəhərlənib. Ona yerində ilkin tibbi yardım edildikdən sonra xəstəxanaya çatdırılıb.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.