
“İsrail Türkiyə siyasi rəhbərliyinin, xüsusən də ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son bəyanatları fonunda ikitərəfli münasibətləri yenidən qiymətləndirmək üçün Türkiyədən diplomatlarını geri çağırır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Koen məlumat verib.
“Türkiyənin bəyanatlarının tonunun kəskinləşməsi fonunda İsrail-Türkiyə münasibətlərinə yenidən baxılması üçün diplomatik nümayəndələrimizin Türkiyədən geri çağırılmasını əmr etdim”, - deyə XİN-in mətbuat xidməti məlumat yayıb.