İranda hicab taxmadığına görə əxlaq polisi tərəfindən Tehran metrosunda saxlanılaraq zorakılığa məruz qalaraq xəstəxanaya yerləşdirilən 16 yaşlı Armita Gəravənd dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İRNA dövlət agentliyi məlumat yayıb.
Bildirilib ki, 16 yaşlı yeniyetmə 28 gün komada qalıb.
İran rəsmiləri qızın aşağı qan təzyiqi səbəbindən yıxıldığını bildiriblər. Armitanın valideynləri də İran televiziyasına eyni şeyi deyib. İran-kürd insan haqları təşkilatı “Hengaw” Armitanın valideynlərinin müsahibəni təzyiq altında verdiklərini iddia edirlər.
Qeyd edək ki, 2023-cü ilin iyul ayında İranda yenidən əxlaq polisi patrulları başlayıb. Bundan əvvəl, 2022-ci ilin sentyabrında kütləvi etirazlar səbəbindən patrullar təxminən doqquz ay olmayıb. O zaman etirazlara səbəb əxlaq polisinin bildirdiyinə görə, səhv hicab geyindiyinə görə həbs olunduqdan az sonra dünyasını dəyişən 22 yaşlı Məhsa Əmininin hekayəsi olub.