“Qəzzada əməliyyatın yeni mərhələsi başladı” – Yoav Qalant


“İsrail ordusu Qəzza zolağında əməliyyatın bir mərhələsini tamamlayıb və növbəti əmrlərə qədər davam edəcək yeni mərhələyə keçib”.
Yeniavaz.com “Ynet” portalına istinadla xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant ölkənin hərbi rəhbərliyi ilə vəziyyəti qiymətləndirmək üçün keçirilən görüşdən sonra bildirib.
“Müharibənin bir mərhələsini keçdik. Bu gecə Qəzzada yer silkələndi. Yer üstündən və yer altından zərbələr endirdik, bütün səviyyələrdə, hər yerdə terrorçulara hücum etdik. Ordu üçün təlimatlar aydındır: yeni sərəncam olana qədər əməliyyatlar davam edəcək.”, - deyə nazir bildirib.

DİGƏR XƏBƏRLƏR

Top