“Qəzza məhv edilsə, bu, əsrlər olmasa da, onilliklər üçün fəlakət yaradacaq” – Lavrov


“Qəzza zolağının dağıdılması və 2 milyon sakinin anklavdan qovulması əsrlər olmasa da, onilliklər üçün fəlakət yaradacaq”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BELTA agentliyinə müsahibəsində deyib.
“Əgər Qəzza dağılsa, İsraildə və xaricdə bəzi siyasi xadimlərin irəli sürdüyü kimi, 2 milyon sakin oradan qovulsa, bu, əsrlər olmasa da, uzun illər, onilliklər üçün fəlakət yaradacaq”, - Lavrov deyib.
“Ona görə də təbii ki, dayanmaq və blokadada olan əhalini xilas etmək üçün humanitar proqramlar elan etmək lazımdır: nə su, nə işıq, nə yemək, nə istilik, bunların heç biri yoxdur”, - nazir əlavə edib.
Lavrov qeyd edib ki, iki Fələstin və İsrail dövlətinin yaradılması üzrə birbaşa danışıqlara çıxış indi çətin ki, mümkün olsun. Ancaq buna baxmayaraq, Rusiya İsraillə təmasları tam şəkildə saxlayır və münaqişənin sülh yolu ilə həllinin tapılmasının zəruriliyi barədə siqnallar göndərir.
“Biz israillilərə siqnallar göndəririk, onlarla əlaqə saxlayırıq, hələ də sülh yolu ilə həll yolu axtarmağın mümkünlüyünü bildiririk”, - Lavrov deyib.

DİGƏR XƏBƏRLƏR

Top