Qəzzada ölənlərin sayı 7,7 mini keçdi – Yenilənib


Fələstin anklavı ətrafında gərginliyin artmağa başlamasından bu yana İsrailin Qəzza zolağını atəşə tutması və bombalaması nəticəsində 7700-dən çox insan həlak olub.
Yeniavaz.com “Əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, bu barədə Fələtin Səhiyyə Nazirliyi məlumat yayıb.
“Münaqişənin başlanğıcından bəri Qəzza zolağında İsrailin təcavüzü qurbanlarının sayı 7703 nəfər təşkil edib”, - məlumatda bildirilib.
Səhiyyə Nazirliyinin məlumatına görə, qurbanlar arasında 3195 uşaq və yeniyetmə var.
Qeyd edək ki, bundan əvvəl Fələstinin səhiyyə naziri Mey Kaile Qəzzada İsrail qüvvələri ilə Fələstin radikal qrupları arasında silahlı qarşıdurma başlayandan bəri 7,3 ​​min insanın öldüyünü, 19 minə yaxın insanın yaralandığını bildirmişdi.

***15:07 
Yaxın Şərqdə münaqişənin qızışmasından bu yana İsrailin Qəzza zolağına hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 7,3 ​​mini keçib, 19 minə yaxın insan isə yaralanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstinin səhiyyə naziri Mey Kaile nazirliyin “Facebook” səhifəsində məlumat yayıb.
“Qəzza zolağında humanitar vəziyyət təsvirə ziddir. Oktyabrın 7-də İsrail təcavüzü başlayandan indiyədək 7,3 mindən çox vətəndaş həlak olub ki, onların da 70%-ə yaxını uşaqlar, qadınlar və qocalardır. Yaralıların sayı təqribən 19 mindir və minlərlə insan dağıntılar altındadır”, - nazir bildirib.

DİGƏR XƏBƏRLƏR

Top