İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verdi


Prezidenti İlham Əliyev Qazaxıstanda şaxtada baş vermiş yanğınla əlaqədar Prezident Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib.
Yeniavaz.com xəbər verir ki, məktubda deyilir:
“Hörmətli Kasım-Jomart Kemeleviç.
Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”

DİGƏR XƏBƏRLƏR

Top