
“Vaşinqtonun İsrailə tam dəstəyi ABŞ-a qarşı yeni cəbhələrin açılmasına səbəb ola bilər”.
Yeniavaz.com xəbə verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “Bloomberg”ə müsahibəsində deyib.
“ABŞ başqalarına təmkin göstərməyi tövsiyə edir, lakin o, İsrailə tam dəstək verir. Əgər ABŞ bu mövqeyində davam edərsə, ona qarşı yeni cəbhələr açılacaq”, - İran XİN rəhbəri bildiirb.
Nazir vurğulayıb ki, münaqişənin kəskinləşməsi Qəzza zolağının əhalisinin daha çox ölümünə səbəb ola və nəticədə, bütün regionda vəziyyət nəzarətdən çıxa bilər, “Odur ki, Amerika, həqiqətən də, müharibənin eskalasiyasını və gərginləşməsini istəyib-istəmədiyinə qərar verməlidir”, - Abdullahian deyib.
“Yeni cəbhələrin açılması qaçılmazdır və bu, İsraili öz hərəkətlərinə peşman edəcək. Vəziyyət partlayış ərəfəsindədir. Hər şey mümkündür, istənilən cəbhə açıla bilər”, - nazir bildirib.