Bu gün ilin son Ay tutulması olacaq


Bu gün ilin ikinci və son Ay tutulması baş verəcək.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Yeniavaz.com-a verilən məlumata görə, bu, qismən Ay tutulması olacaq.
Tutulma saat 22:01-də başlayacaq, saat 02:26-da isə sona çatacaq. Tutulmanın maksimumu saat 00:15-də qeydə alınacaq.
Qeyd edək ki, 2023-cü ilin son tutulma hadisəsini Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik okeanı, Hind okeanı, Arktika və Antarktidada, o cümlədən Azərbaycanda da müşahidə etmək mümkün olacaq.

DİGƏR XƏBƏRLƏR

Top