Fələstin-İsrail münaqişəsində həlak olan jurnalistlərin sayı 29-a çatıb


Ən azı 29 jurnalist gərginləşən Fələstin-İsrail münaqişəsinin qurbanı olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə cümə günü Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.
“2023-cü il oktyabrın 7-dən oktyabrın 27-dək ən azı 29 jurnalist hər iki tərəfdən öldürülən 8 mindən çox insan siyahısına daxil edilib”, - məlumatda qeyd edilib.
Jurnalistləri Müdafiə Komitəsi bildirib ki, bu, təşkilatın 1992-ci ildə məlumat toplamağa başlamasından bəri ən ölümcül dövrdür.
“Hər dəfə xəbər agentlikləri Qəzza zolağında öz çəkiliş qrupları və müxbirləri ilə əlaqəni itirdikcə, dünya reallığı görmək imkanından məhrium olur”, - məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top