İsrail HƏMAS hava qüvvələrinin komandirini vurdu


Oktyabrın 28-nə keçən gecə İDF qırıcıları HƏMAS-ın hava qüvvələrinin komandiri Asem Əbu Rəqabı vurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İDF və İsrail Baş Təhlükəsizlik Xidmətinin kəşfiyyat məlumatlarına əsasən, gecə saatlarında İDF döyüşçüləri HƏMAS-ın hərbi hava qüvvələrinin rəhbəri Asem Əbu Rəqaba zərbələr endirib. O, paraplanlar vasitəsilə İsrailə sızan terrorçulara rəhbərlik edib və İDF-in postlarına pilotsuz təyyarələrin hücumuna görə məsuliyyət daşıyıb”, - məlumatda deyilir.
Mətbuat xidməti əlavə edib ki, Əbu Rəqab HƏMAS-da PUA-lar, paraplanlar, hava desantı və hava hücumundan müdafiə üçün cavabdeh idi”.

DİGƏR XƏBƏRLƏR

Top