
“İsrail tankları Qəzza zolağının şimal sərhədi boyunca hərəkət edir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.
Bildirilir ki, Qəzzadakı yerli mənbələr İsrail tanklarının Qəzza zolağının şimalındakı Beyt Hanun şəhərinə doğru irəlilədiyini bildirib.
Mənbə Qəzza zolağının şimal sərhəddində silahlı toqquşmaların eşitdildiyini əlavə edib:
“İsrail ordusu Qəzza zolağının mərkəzi bölgələrinə intensiv hücum edir. Hazırda müharibənin başlanğıcından bəri ən güclü hücum yaşanır”.
Tətbiqimizi yükləyə bilərsiniz