Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 2024-cü ildən “GB News” kanalında müəllif proqramının aparıcısı olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, televiziya kanalının yayımladığı videomüraciətdə bildirib.
“Mən tezliklə “GB News”da sizə qoşulacağımı elan etməkdən məmnunam. Mən bu gözəl yeni telekanalı təqdim edəcəyəm. Mənim hər şeyə dair fikirlərim: ... qarşımızda duran nəhəng imkanlar qarşısında bütün bu çətinliklərlə necə üzləşmişik”, - Conson bildirib.
Qeyd olunub ki, Conson 2024-cü ildə “Britaniyanın bütün dünyada gücünü nümayiş etdirəcək” yeni proqram təqdim edəcək.